“Səadan” yatağında yeni quyu qazılır
27 dekabr, 2013 23:00
Kompleks Qazma İşləri Trestinin “Abşeron” Qazma İşləri İdarəsi tərəfindən “Səadan” yatağındakı 1795 nömrəli quyunun qazma işlərinə başlanılıb.
ERtv SOCAR-a istinadən xəbər verir ki, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə Maykop Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1400 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4 ton neft hasil olunacağı nəzərdə tutulur.