Xəbərlər

İlham Əliyev Dağıstan Prezidenti Ramazan Abdulatipovu qəbul edib
26 dekabr, 2013 09:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin genişləndirilməsində ölkəmiz ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Dağıstan Respublikası arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun ölkəmizə səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev səfərin iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını dedi.

Ramazan Abdulatipov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Dağıstan ilə Azərbaycan arasında münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini söylədi.

Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirələrini ehtiramla yad etdiklərini vurğulayan Ramazan Abdulatipov Dərbənddə Heydər Əliyevin xatirəsinə yeni xiyaban və parkın salınması istiqamətində də işlərin görüləcəyini dedi.

Dövlətimizin başçısı Dağıstanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayaraq bunun xalqımız tərəfindən əlaqələrimizin daha da gücləndirilməsi işində böyük xidmətlər göstərmiş Ulu Öndərə olan ehtiramın və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin təcəssümü kimi dəyərləndirildiyini dedi.

Prezident İlham Əliyev görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir hissəsinin Dağıstanla bağlı olmasını da məmnunluqla xatırladı.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov birgə nahar etmişlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.