Xəbərlər

İlham Əliyev: “Çoxmillətli Azərbaycan cəmiyyətini rus icması olmadan təsəvvür etmək mümkün deyil”
26 dekabr, 2013 09:29

Azərbaycan Prezidenti İlham Əliyev “Rus İcması – 20 il yeni Azərbaycanın xalqlar ailəsində” respublika konfransının iştirakçılarına müraciət ünvanlayıb.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, müraciətdə deyilir:  

“Hörmətli konfrans iştirakçıları!

Sizi Azərbaycanın Rus İcması təşkilatının yaradılmasının 20 illiyi münasibətilə ürəkdən salamlayır, hamınıza ən səmimi arzularımı yetirirəm.

Rus İcması ictimai birliyi fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanda millətlərarası münasibətlərin inkişafına və vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfələr verərək ölkənin nüfuzlu təşkilatlarından birinə çevrilmişdir.

Sıralarında vətənpərvər və yaradıcı insanları birləşdirən təşkilatınız rus dili və mədəniyyətinin, milli adət-ənənələrin qorunub saxlanması və inkişafı sahəsində gərəkli fəaliyyət göstərir.

Azərbaycan tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu unikal məkan olmuşdur.

Xalqımızın mentalitetinə xas olan yüksək insanpərvərlik və dözümlülük ayrı-ayrı xalqların və etnik qrupların yüz illər boyu burada əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində, etnik-dini tolerantlıq mühitində yaşamasını təmin etmişdir.

Biz cəmiyyətimizdə mövcud olan etnik-mədəni müxtəlifliyi, multikulturalist ənənələri xalqımızın tarixi nailiyyəti kimi qiymətləndirir və bunu milli siyasətimizin başlıca istiqamətlərindən biri hesab edirik.

Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətini rus icması olmadan təsəvvür etmək mümkün deyildir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda sayca ən çox rus məhz bizim ölkədə yaşayır.

Onlar Azərbaycanı özlərinin doğma vətəni sayır, ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.

Bir çox rus vətəndaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mübarizədə əsl vətənpərvərlik və qəhrəmanlıq nümunələri göstərmişlər.

Azərbaycanla Rusiya arasında mehriban dostluq və qonşuluq münasibətləri zəngin tarixi ənənəyə malikdir. Hazırkı mərhələdə həmin ənənələrə əsaslanan və bütün sahələri əhatə edən çoxtərəfli əməkdaşlıq əlaqələrimizin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və icmalar əhəmiyyətli rol oynayır.

Əziz dostlar!

Rus İcması ictimai birliyi Azərbaycanda yaşayan rusları layiqincə təmsil edərək, son 20 ildə səmərəli bir yol qət etmişdir. Əminəm ki, təşkilatınız ölkəmizdə vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əzmkar fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. Bu yolda hər birinizə cansağlığı və uğurlar arzulayıram.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.