Berti Foqts: “Bizim kifayət qədər yaxşı perspektivlərimiz və çox cavan komandamız var”
26 dekabr, 2013 09:27
Berti Foqts futbol üzrə Azərbaycan yığması ilə müqaviləsinin daha 2 il müddətinə uzadılması ilə bağlı Almaniya KİV-lərinə şərh verib.
ERtv-nin em2016-frankreich.net-ə istinadən verdiyi xəbərə görə, Berti Foqts bildirib ki, bizim kifayət qədər yaxşı perspektivlərimiz və çox cavan komandamız var.
“Ona görə də mən və köməkçim Uli Ştayn daha 2 il qalmaq qərarı verdik. Biz gənc oyunçularımızın ən yaxşı formada olduğu zaman 2016-cı il Avropa Çempionatının seçmə mərhələsində oynamalıyıq”, - deyə Foqts bildirib.