Daha bir universitet rektoru işindən azad edilib
26 dekabr, 2013 09:24
Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.
ERtv Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.
Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.