Sərnişin taksidə 300 min dollar unutdu
26 dekabr, 2013 09:23
Sürücü idarə etdiyi taksidə 300 min dollar tapdı.
ERtv xəbər verir ki, qumarxanalarla məşhur olan Amerikanın Las-Veqas şəhərində taksi sürücülərindən biri avtomobilindən külli miqdarda pul tapıb.
İçində 300 min dollar olan çemodan aşkarlayan taksi sürücüsü pullarını yaddan çıxaran şəxsə əvvəlcə heç nə deyə bilməyib.
Müştərinin birinin düşüb digərinin minməsi ilə pullarını unudan şəxsi gözdən itirən Las-Veqas sakini daha sonra taksi mərkəzinə hadisə barədə məlumat verib.
Çemodanı itmiş əşyalar üzrə mərkəzə təhvil verən sürücü pullara əl vurmayıb. Hadisədən sonra pullarını taksidə unudan amerikalı çemodanını taksi mərkəzindən götürsə də, sürücü Gerardo Gamboya əlavə hədiyyə verməyib.