Xəbərlər

2013-cü ildə sahibkarlara 275 milyon manat güzəştli kredit verilib
26 dekabr, 2013 09:22

Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 21 sahibkarlıq subyektinə 1,4 milyon manat güzəştli kredit verilib.

ERtv-nin Sahibkarlığa Kömək Milli Fonduna istinadən verdiyi xəbərə görə, ayrılmış kreditlər əsasən, metal konstruksiya, çörək, un məmulatları istehsalı, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək.

Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fondun vəsaitləri hesabına bu il 4480-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır.

“Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 57 istehsal, emal və infrastruktur müəssisəsi 2013-cü ildə istifadəyə verilib”.

O, bildirib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 686 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,3 milyon manat güzəştli kredit verilib.

“Bu kreditlər hesabına 5300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Verilmiş kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilmişdir. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.