Xəbərlər

SSRİ-dən qalma əmanətlərə görə fərdi birdəfəlik ödəmələrin verilməsi bu ay başa çatır
26 dekabr, 2013 09:17

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycanın vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi 31 dekabr 2013-cü il tarixində başa çatır.

ERtv-nin verdiyi xəbərə görə, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək “Kapital Bank “ASC-nin müvafiq filiallarına müraciət etməyə çağırır.

Birdəfəlik ödəmənin alınması üçün “Kapital Bank “ASC-nin filiallarına 31 dekabr 2012-ci il tarixinə qədər müraciət etmiş vətəndaşların mütləq əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunub. Fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər bankın müvafiq filiallarından onlara təyin olunmuş pul vəsaitlərini bu günədək gəlib almayıblar.

Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli Fərmanına əsasən, iyunun 1-dən etibarən başlanılıb.

2013-cü ilin dekabr ayının əvvəlinə artıq 1621,7 min əmanət hesabı üzrə 600 mln. manata yaxın həcmdə vəsait ödənilib.

Qeyd edək ki, 1992-ci yanvarın 1-nə qədər sovet banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. SSRİ-dən qalma əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.