Tayson: “Kliçko mənimlə döyüşməmək üçün boksdan getdi”
25 dekabr, 2013 23:32
Britaniyanın ağır çəkili boksçusu Tayson Fyuri böyük qardaşı Vitali kimi ondan qaçmaması üçün Vladimir Kliçkoya çağırış edib.
ERtv Ukrayna mətbuatına istinadən xəbər verir ki, Taysonun sözlərinə görə, Kliçko ona rinqə çıxmaq təklifi etməyib, onun dedikləri isə sayıqlamaqdan başqa bir şey deyil.
“Mən razılaşardım və çənəsini çıxardardım və o, bunu bilir. Emanuel Stüard ona mənim onu nokauta salacağımı demişdi. Vitali Kliçko mənimlə döyüşməmək üçün boksdan getdi, indi isə Vladimir canını qurtarmaq istəyir”, - deyə britaniyalı əminliklə bildirib.
Tayson ukraynalı boksçu ilə harada və nə zaman oldu qarşılaşmağa hazır olduğunu bildirib.