Xəbərlər

“Qızlar neftçilərə üstünlük verir” sərgisi keçiriləcək
25 dekabr, 2013 23:28

Dekabrın 26-sı 19:00 – da “Yay” qalereyasında rəssam və illüstrator İrina Eldarovanın “Qızlar neftçilərə üstünlük verir” adlı sərgisinin açılışı baş tutacaq.

ERtv xəbər verir ki, müəllif 60-cı illər kinosu və Merelin Monronun unudulmaz obrazından ilhamlandığı rəsm və instalyasiyaları seyrçilərə təqdim edəcək.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən sərgi 26 fevral 2014-cü ilə qədər davam edəcəkdir
 
İrina Eldarova – rəssam, Repin adına Sankt-Peterburq Dövlət Akademiyasının (1975-1979) və Boris Deksterevin kursunda təhsil aldığı Moskvadakı V.İ.Surikov adına Dövlət İnstitutunun (1980-1982) məzunudur.  

İrinanın bədii yaradıcılığı özündə yalnız rəsm və qrafikanı deyil, eləcə də, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanda  iri miqyaslı nəşriyyat layihələrinin işlənib hazırlanmasını birləşdirir.

2007-ci ildə rəssam Qazaxıstan Jurnalistlər Birliyi Tərəfindən təqdim edilən Ən Yaxşı Media Layihəsi mükafatına layiq görülüb.

İrina Eldarova Bakıdakı Xalqlar Dostluğu metro stansiyasında quraşdırılmış monumental mərmər pannonun müəllifidir.
 
Rəssamın peşəkar maraqlarının dairəsi fotoşəkil, video art və jurnalistikanı əhatə edir.

İrina Eldarova Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzində  Heydər Əliyev Fondu tərəfindən təşkil edilən HOME - SWEET HOME (“Ev – Doğma Ev”) sərgisində iştirak edib.
 
İrina Eldarova London, Paris,Roma və sair şəhərlərində keçirilmiş “Fly To Baku” sərgisində də iştirak edib.
 
Rəssam 2012-ci ildə Böyük Britaniyada böyük uğurla qarşılanan və incəsənət tənqidçilərinin ən müsbət rəylərini qazanan "A Proud Violin" (“Məğrur skripka”) uşaq kitabının illüstratoru olmuşdur.
 

Sərgi İçəri Şəhərdə, Kiçik Qala Döngəsi ünvanında “Yay” qalereyasında keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.