Xəbərlər

Təhsil naziri beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb
25 dekabr, 2013 22:49

Bu gün təhsil naziri Mikayıl Cabbarov kimya, riyaziyyat və rus dili üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb.

ERtv Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, beynəlxalq fənn olimpiadalarının qaliblərinin əldə etdikləri uğurlara görə təbrik edən nazir onların gələcəkdə daha böyük uğurlara nail olacağına və yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib.

Olimpiada qaliblərinin belə möhtəşəm nailiyyət əldə etməsində təhsil aldıqları məktəblərin və müəllimlərin mühüm rolunu qeyd edən M.Cabbarov, xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.

Beynəlxalq olimpiadaların qalibləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, təhsil aldıqları məktəblər və müəllimləri haqqında məlumat veriblər. Onlar beynəlxalq bilik yarışmalarında Azərbaycanı yüksək səviyyədə təmsil etməkdən qürur hissi keçirdiklərini söyləyiblər.

Görüşün sonunda beynəlxalq fənn olimpiadalarının qaliblərinə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.