Bu il boru kəmərləri ilə 31 milyon ton xam neft ixrac olunub
25 dekabr, 2013 22:32
Bu ilin yanvar-noyabr aylarında sayğac göstəriciləri əsasında 31 milyon 370 min 276 ton xam neft ixrac olunub.
ERtv Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin 25 milyon 240 min 449 tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan xam neftin payına düşüb.
Hesabat dövründə Supsa boru kəməri ilə 3 mln. 652 min 874 ton xam neft ixrac olunub.
İlin 11 ayında Şimal boru kəməri (Bakı-Novorossiysk) ilə ixrac olunan xam neftin miqdarı 1 mln. 580 min 428 ton təşkil edib.
Yanvar-noyabr ayları ərzində dəmir yolu nəqliyyatı ilə ixrac olunan xam neftin miqdarı 896 min 525 ton olub.