Bu gün İlham Əliyev adı Azərbaycan üçün bir inkişaf, irəliləyiş simvoluna çevrilib.
ERtv xəbər verir ki, bunu hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə özünün “facebook” səhifəsində paylaşdığı son statusunda qeyd edib.
Qeyd edək ki, bu gün - 24 dekabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür.
“Bu şəxsi gün münasibəti ilə hörmətli Prezidentimizi təbrik edirəm. O öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin hörmətini qazana bilib”, - deyə qeyd edən millət vəkilinin yazdığına görə, İ. Əliyevin apardığı siyasət nəticəsində dövlətimiz daha qüdrətli və güclü olub, hər bir insan özünü daha güvənli hiss edib.
“Bu gün İlahm Əliyev adı Azərbaycan üçün bir inkişaf, irəliləyiş simvoluna çevrilib. Onu yaxın bir dost kimi sevir, ona inanır və onu dəstəklədiymizi bildiririk.
Ad gününz mübarək, hörmətli cənab Prezident!”, - deyə, millət vəkili sonra qeyd edib.