14 yaşlı futbolçu oyun zamanı öldü
24 dekabr, 2013 12:44
Şotlandiyanın “Taynkasl” gənclər komandasının 14 yaşlı futbolçusu Ceymi Skinner futbol matçı zamanı ölüb.
ERtv-nin sports.ru-ya istinadən verdiyi xəbərə görə, oyun zamanı Ceymi Skinner huşunu itirib və ot örtüyünün üstünə yıxılıb.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Şərqi Şotlandiya Liqasının Klub rəhbərliyi futbolçunun doğmalarına və yaxınlarına dərin hüzn keçirdiyini bildirib. “Taynkasl”ın əsas komandasının növbəti matçı bir dəqiqəlik sükutla başlayacaq.