Xəbərlər

Kalaşnikov ayın 26-da dəfn ediləcək
24 dekabr, 2013 12:42

Sürəkli ağır xəstəlik nəticəsində noyabrın 17-də Udmurtiya respublika kliniki diaqnostika mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən atıcı silahın əfsanəvi konstruktoru Mixail Kalaşnikov dekabrın 23-də İjevskdə 95 yaşında vəfat edib.

ERtv xəbər verir ki, bu barədə Udmurtiya rəhbərinin mətbuat katibi Viktor Çulkov öz Facebook səhifəsində yazıb.

Mətbuat katibinin məlumatına görə, əfsanəvi konstruktor dekabrın 26-da torpağa tapşırılacaq. Kalaşnikov İjevskdə dəfn olunacaq.

Mixail Timofeyeviç Kalaşnikov 10 noyabr 1919-cu ildə Altay vilayətinin Kurya kəndində çoxuşaqlı kəndli ailəsində anadan olub. Onun atası və anası Kuban kəndlilərindəndirlər. Kalaşnikov orduda xidmət etdiyi zaman artıq ixtiraçı olub.

1941-ci ildə yaralandıqdan sonra Kalaşnikov Qırmızı Ordunun ehtiyacları üçün tapança-pulemyot layihəsi üzərində işləməyə başlayıb. Kalaşnikovun konstruktor bürosunda döyüş silahının yüzdən çox növü yaradılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.