Xəbərlər

İlham Əliyev: “Azərbaycanda kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir”
24 dekabr, 2013 11:59

Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir.

ERtv xəbər verir ki, bu sözləri dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Dövlət başçısı qeyd edib ki, insanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır, ona görə  Azərbaycanda strateji infrastruktur dövlət nəzarəti altında saxlanılır:

“Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir. Ona görə, dövlət orada tarif siyasətini uğurla apara bilər”.

Azərbaycan Prezidenti həmçinin bildirib ki, şəhər nəqliyyatı ilə bağlı məsələyə baxmaq lazımdır, təkliflər verilməlidir.

O, insanların özlərini daha da rahat hiss etmələri üçün  əlavə avtobusların, taksilərin alınmasının vacibliyini qeyd edib.

Dövlət başçısı metro tikintisinin də  geniş vüsət almasını xüsusi vurğulayıb və bunun üçün konkret proqramın qəbul edildiyini xatırladıb:

“Proqrama əsasən 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməlidir. Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir”.

O eyni zamanda bildirib ki, nə qədər çox stansiya tikilərsə dövlət büdcəsinə bir o qədər də çox yük olacaq:

“Ancaq bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq”.

Dövlət başçısı Azərbaycanda  qaz tariflərinin də ən aşağı səviyyədə olduğunu qeyd edib:

“Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir.

Bütün bunlar dövlət tərəfindən ödənilir. O cümlədən, metro tikintisi də dövlət investisiyası hesabına icra edilir. Metronun istismarı da bir daha demək istəyirəm ki, subsidiyalar əsasında öz həllini tapır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.