Xəbərlər

Prezident Kuboku uğrunda çövkən milli oyunlarının qalibi məlumdur
21 dekabr, 2013 11:59

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar başa çatıb.

ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən Prezident Kuboku uğrunda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparıb.

Builki yarışlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak edib. Final oyunu Bakı-1 və Bakı-2 komandaları arasında çövkən oyunu üzrə keçirilib. Bakı-2 komandası rəqibini 2-1 hesabı ilə məğlub edərək Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi adını qazanıb. Komandaya yarışların baş mükafatı “Prezident kuboku” təqdim edilib.

20 komandanın qatıldığı yarışda oyunçular Çövkən Milli Oyunu ilə yanaşı, Papaq, Sürpapaq, Yaylıq və Atüstü güləş oyunlarında da qüvvələrini sınayıb.

Nəticələrə görə, Papaq oyunu üzrə I yerə İsmayıllı komandası, Sürpapaq oyunu üzrə I yerə Balakən komandası, Yaylıq oyunu üzrə I yerə Yevlax komandası və Atüstü güləş üzrə I yerə Daşkəsən komandası layiq görülüb.

Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.