Türkiyədə əməliyyat olunan diktor Rafiq Hüseynov Bakıya qayıdıb
21 dekabr, 2013 11:56
Türkiyədə əməliyyat olunan Azərbaycanın tanınmış diktoru, xalq artisti Rafiq Hüseynov Bakıya qayıdıb.
ERtv APA-ya istinadən xəbər verir ki, R.Hüseynovun xanımı Səbinə Hüseynova bildirib ki, o, həyat yoldaşı birlikdə bu dəqiqələrdə təyyarə ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıblar. O, R.Hüseynovun Bakıda həkim nəzarəti altında olacağını, iki ay sonra isə müayinə üçün yenidən Türkiyəyə qayıtmasının nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.