Qəbulda 50-dən çox vətəndaş iştirak edib.
ERtv-nin Qarabag üzrə bölgə müxbirinin verdiyi məlumata görə, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev.Tərtərdə vətəndaşları qəbul edib.
Rayon Gənclər Mərkəzində keçirdilən qəbulda nazir Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşların müraciətləri və təklifləri diqqətlə dinlənilib .Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, emal sahələrinin yaradılması, sosial məsələlərlə bağlı müraciət ediblər.Qəbul zamanı deyilən məsələlər yerindəcə həllini tapıb.Çörək istehsalı, heyvandarlıq, arıçılıq, balıqçılıq, meyvəçilik sahələrinin inkişafı, istixanaların yaradılması, mebel istehsalının təşkili sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Tərtərdə keçirilmiş qəbulda 50-dən çox vətəndaş iştirak edib.