Yaponiyada zəlzələ olub
20 dekabr, 2013 11:49
Yaponiyada 5,3 bal gücündə zəlzələ olub.
ERtv İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, zəlzələ Yaponiyanın Hönsü adasının mərkəzi hissəsində baş verib.
Zəlzələnin episentri İbaraki prefekturasında yerləşib, dərinliyi isə 70 km olub. Yeraltı təkanlar 16 prefekturada o cümlədən Tokioda hiss edilib.