21-ci əsrdə dünyada ən prioritet məsələlərdən biri ölkələrin enerji təhcizatı ilə bağlıdır.
Bu mənada “Şahdəniz-2” üzrə sazişin imzalanması təkcə Azərbaycanda deyil, bütövlükdə Avropa üçün əlamətdar bir hadisədir.
ERtv xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkiliMəlahət İbrahimqızı deyib.
Millət vəkilinin bildirdiyinə görə, bu gün bir çox ölkələrdə enerji təminatı ilə bağlı ciddi problemlər baş verir.
M.İbrahimqızı hesab edir ki, Avropanın artan ehtiyacları, təhlükəsizliyinə nəzər salsaq görərik ki, bu layihə nə qədər böyük əhəmiyyət kəsb edir:
“1994-cü ildə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq “Əsrin müqaviləsi” imzalananda beynəlxalq aləmdə, dünyanın ən aparıcı KİV-lərində ən möhtəşəm sənəd kimi qiymtələndirilidi.
Ondan sonra BTC, BTƏ, TAP imzalanması da ciddi hadisələr kimi dəyərləndirilir. “Şahdəniz-2” üzrə sənədin imzalanması da bir daha Azərbaycanda dövlət siyasətinin necə unikal, uzaq hədəflərə hesablandığını göstərir.
Bu, Azərbaycan Prezidentinin uğurlu siyasətinin təntənəsidir. Sazişin imzalanması həmçinin, Azərbaycanın bütövlükdə dünyada, o cümlədən Avrasiya məkanında önəmi deməkdir”.