Xəbərlər

İlham Əliyev Angela Merkeli təbrik edib
19 dekabr, 2013 16:35

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeli yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən təbrikdə deyilir:

“Hörmətli xanım Federal Kansler,

Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk.

Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri, siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli səmərəli əməkdaşlığımız xüsusi məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı faydalı iş birliyimizi, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə fəaliyyətimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, dost Almaniya xalqının rifahı naminə məsul işinizdə yeni-yeni uğurlar diləyirəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.