İdman gimnastikası üzrə Azərbaycan çempionları müəyyənləşdi
19 dekabr, 2013 16:32
Bakının Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksində Azərbaycan və Bakının idman gimnastikası üzrə çempionatı başa çatıb.
ERtv-nin Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, müxtəlif növlərdə 3 ən yaxşı çıxışın yekunlarına görə, 39,9 bal yığan Şakir Şıxəliyev yarışmanın qalibi olub.
Eləcə də, Uğur Xəlilbəyli (39,3) və Faiq Şıxəliyev (36,8) mükafatçıların üçlüyünə daxil ola bilib. İdman ustalarının turnirində Uğur Xəlilbəyli ən yaxşı olub. İdman ustalığına namizədlərin arasında isə Kamran Hacıyev birinci olub.