Xəbərlər

Əzizə Mustafazadənin doğum günüdür
19 dekabr, 2013 16:30

Bu gün Əzizə Mustafazadənin doğum günüdür.

ERTv xəbər verir ki, Əzizə Mustafazadə - dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı 1969-cu il dekabrın 19-da Bakıda anadan olub.

O, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.

Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o, hələ səkkiz aylıq ikən hiss ediblər.

İlk dəfə səhnəyə hələ üç yaşında ikən atası ilə birlikdə bədahətən mahnılar ifa edərək çıxıb. Klassik piano təhsilinə kiçik yaşlarında başlayıb. İohan Sebastian Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərib.

17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynayıb. Elə həmin vaxtlarda Əzizə anası ilə Almaniyaya köçüb.

Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarıb. İkinci albomu “Always” (“Həmişə”) ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O, bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. Sonuncu çıxan albomu “Contrasts”-dır (2006).

Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana gəlib. Bu müddət ərzində Opera və Balet Teatrında konsert verib. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirib. Həmin konsertdə “Shamans”-ın çox möhtəşəm bir ifasını nümayiş etdirib.

Ə.Mustafazadənin 5-ci albomunun adı, “Jazziza” (“Cazziza”), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri vardır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.