Xəbərlər

Aktrisa Gülşən Qurbanovanın doğum günüdür
19 dekabr, 2013 16:29

Bu gün tanınmış aktrisa, xalq artisti Gülşən Qurbanovanın doğum günüdür.

ERtv xəbər verir ki, mərhum Gülşən Ağadadaş qızı Qurbanova 1950-ci il dekabrın 19-da Bakıda anadan olub. Azərbaycanın teatr və kino sənətində müstəsna xidmətlər göstərmiş Ağasadıq Qurbanovun ailəsində dünyaya göz açıb.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirərək, Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyətə başlayıb.

Teatrın səhnəsində rəngarəng obrazlar yaradan aktrisa televiziya tamaşalarında, kinoda da yaddaqalan, xarakterik obrazlar yaradıb. O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 15-dən artıq filmdə qadın obrazlarını yaradıb. Bu sırada “Ad günü”ndə Şeyda, “Cin mikrorayonda” filmində Dəmirovun arvadı, “Bayquş gələndə” də Ədilə, “Anlamaq istəyirəm”də Rəfiqə, “Arvadım mənim, uşaqlarım mənim”də Güldəstə və başqa obrazlarının adlarını çəkmək olar.

Bundan əlavə o, müxtəlif illərdə televiziyalarda “Mikser” (Lider TV), “Qaynar qazan” (ANS) verilişlərini aparıb.

G.Qurbanova 2006-cı il noyabr 17-də vəfat edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.