Dekabrın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tərtərdə Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.
ERtv-nin nazirliyə istinadən verdiyi xəbərə görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Tərtər Rayon Gənclər Mərkəzində (Ünvan: Tərtər rayonu, Heydər Əliyev prospekti, 2) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, nazirliyin Yuxarı Qarabağ regional bölməsi (Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected] Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.