Qazaxda 79 yaşlı kişi evdə yanaraq kül olub
19 dekabr, 2013 16:26
Qazaxda ev sahibi ilə birlikdə yanıb.
Bu barədə məlumatı ERtv-yə Qazax Rayon Polis Şöbəsindən veriblər.
Məlumata görə, rayon mərkəzindən 43 km aralıda yerləşən Kəmərli kəndində yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi, 1934-cü il təvəllüdlü Oktay Cəlilovun yanmış meyiti aşkar olunub.
Evə bitişik tikililər yanğından mühafizə olunub.