Xəbərlər

Bakıda NATO-nun Cənubi Qafqazda təhlükəsizlik çağırışları mövzusunda beynəlxalq konfrans keçirilir
18 dekabr, 2013 15:39

Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) İnsan Hüquqları İnstitunda “NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları” mövzusunda beynəlxalq konfrans başlayıb.

ERtv xəbər verir ki, tədbir AMEA -nın İnsan Hüquqları üzrə Elmi -Tədqiqat institutu, Hüquqşünaslar Konfederasiyası, Rumıniyanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub.

İnstitutun direktoru millət vəkili Aytən Mustafayeva  giriş sözündə Azərbaycanla NATO arasında yaxşı və uzunmüddətli  əməkdaşlığın olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənməkdədir. A.Mustafayeva bu konfransın artıq üçüncü dəfədir keçirildiyini vurğulayıb.

Millət vəkili Qafqazda mövcud olan duruma da toxunub və Azərbaycanın regionda stabilliyin olmasında maraqlı olduğunu qeyd edib.

Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu bildirib ki, əlaqələndirici səfirlik olaraq vəzifələrindən  biri NATO və Azərbaycan arasında əlaqələri intensivləşdirmək, cəmiyyəti alyansın dəyərləri barədə məlumatlandırmaqdır.

Diplomat bildirib ki, Azərbaycan NATO üçün çox etibarlı bir tərəfdaşdır və onun müxtəlif tədbirlərində, əməliyatlarında çox fəal iştirak edir.

Azərbaycanın İSAF da rolunun  çox yüksək qiymətləndirildiyini vurğulayan diplomat, 2014- cü ildən sonra da Azərbaycanın NATO çərçivəsində Əfqanıstanla bağlı tədbirlərdə iştirak edəcəyini deyib.  

Səfir Azərbaycan və NATO əməkdaşlığının sabitlik,   təhlükəsizlik üçün mühüm rolu olduğunu söyləyib.

Millət vəkili Qüdrət Həsənquliyev parlament səviyyəsində NATO ilə əməkdaşlıqdan danışıb.

O NATO Parlament Assambleyasını daha fəal əməkdaşlığa çağırıb və münaqişələrin nizamlanmasında ikili standartların  yolverilməz olduğunu vurğulayıb. Millət vəkili NATO-nun  Dağlıq Qarabağ məsələsində konkret mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.