Şəhriyar Məmmədyarov Ümumdünya İntellektual oyunlarının gümüş mükafatçısı oldu
18 dekabr, 2013 15:37
Pekində bu gün Ümumdünya İntellektual oyunları sona çatır.
ERtv-nin verdiyi xəbərə görə, şahmatçıların “gözübağlı” turnirində 5 tur sona çatıb.
Onun nəticələrinə görə, Şəhriyar Məmmədyarov 6,5 xal yığmaqla 16 iştirakçı arasında 2-ci yeri tutub. Teymur Rəcəbov isə 3,5 xalla 14-cü olub. Qələbəni isə yenə də rusiyalı Sergey Karyaqin qazanıb - 8,5 xal.