Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb
18 dekabr, 2013 15:33
Yanvar-noyabr ayıları ərzində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat həcmində vəsait yönəldilib.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə 9,7 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb.
Əsaslı vəsaitin 74,1 faizini və ya 10,8 milyard manatını daxili investisiyalar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 14,8 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 26,7 faiz artıb.
Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 50,6 faizi, yaxud 7,4 milyard manat sərf olunub.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı