Biz ümidvarıq ki, "Şahdəniz yatağındakı ehtiyatlar Mərhələ 3 layihəsini də həyata keçirməyi mümkün edəcək.
ERtv xəbər verir ki, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildirib.
Onun sözlərinə görə, yataqda kəşfiyyat işləri davam etdiriləcək. Şirkətin icraçı direktoru, xüsusilə də seysmik işlərin davam etdiriləcəyini və daha dərin qatlarda quyular qazılacağını qeyd edib:" Əldə ediləcək məlumatlardan sonra Mərhələ 3 layihəsinin olub-olmayacağı barədə danışılacaq. Amma bunun üçün yeni texnologiyalar lazımdır. Ola bilsin ki, o texnologiya hələ kəşf olunmayıb.
Bununla belə, neft və qaz sənayesində uzunmüddət çalışan bir adam kimi öz hislərimə əsaslanaraq deyirəm ki, məncə Şahdəniz yatağında daha böyük eytiyatlar var. Hətta yataqdan gələn əsrə qədər davam edən yeni ehtiyatlar tapıla bilər" - deyə, R.Dadlı əlavə edib.
O, həmçinin "Şahdəniz-2" layihəsi üzrə imzalanan yekun investisiya qərarının Azərbaycan üçün tarixi gün olduğunu qeyd edib.
R.Dadli bildirib ki, bu gün həmçinin boru kəmərləri boyu yerləşən ölkələr üçün və bu iri layihəyə investisiya qoyan şirkətlər üçün əhəmiyyətli gündür: "Bu son dərəcə qeyri-adi, nəhəng layihədir. Bu layihədə çox yüksək təzyiqli laylarda işlər görüləcək və buna görə də son dərəcə mürəkkəb layihə adlandırmaq olar.
O cür mürəkkəb şəraitdə laylardan qazı çıxararaq 6 ölkəyə ixrac edəcəyik. Biz əməliyyatları aparmaqdan şərəf hissi duyuruq. Eyni zamanda bizim üçün məsuliyyətdir k,i Dövlət Neft şirkəti ilə birlikdə Azərbaycan qazını dünya bazarlarına çıxaracağıq".