İlham Əliyev: “Bu müqavilə Avropanın enerji xəritəsini dəyişəcək”
17 dekabr, 2013 11:28
Bu gün imzalanacaq müqavilə Avropanın enerji xəritəsini dəyişəcək.
ERtv xəbər verir ki, bunu Azərbaycan prezidentiİlham Əliyev “Şahdəniz-2” yekun investisiya qərarının imzalanması mərasimində deyib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan öz qaz ehtiyatını buna böyük ehtiyacı olan bazara çıxaracaq.
“Azərbaycanın 3 trilyon kubmetr həcmində qaz ehtiyatı var. Ümumilikdə bu layihəyə 45 milyard dollar sərmayə cəlb olunacaq”.
Azərbaycan xalqını tarixi gün münasibətilə təbrik edən dövlət başçısı vurğulayıb ki, bu layihə ölkənin dayanıqlı, uzunmüddətli inkişafını təmin edəcək.