Azərbaycanda məktəblər üçün dərslikləri ali məktəb müəllimləri də hazırlayacaq
16 dekabr, 2013 13:16
Orta məktəblər üçün dərsliklərin hazırlanmasında ali təhsil müəssisələri də iştirak edəcəklər.
ERtv-nin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarovbildirib:
“Biz bununla bağlı ali təhsil müəssisələrinin rəhbərləri ilə müzakirələr aparmışıq. Düşünürük ki, bu onların da marağında olan bir məsələdir.
Çünki dərsliklərin hazırlanmasında iştirak etməklə ali təhsil müəssisələrində çalışan müəllimlər, peşəkarlar, əlavə gəlir mənbəyi qazanmış olacaqlar”, - deyə nazir əlavə edib.