Mikayıl Cabbarov: "Tədris ilinin uzadılması tədrisin keyfiyyətinin artırılmasına yönəlib"
16 dekabr, 2013 13:15
Builki tədris ilində heç bir dəyişiklik nəzərdə tutulmur.
ERtv-nin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarovdeyib.
O qeyd edib ki, növbəti tədris ilindən etibarən isə tədris ilinin müddəti 2-3 həftə artırılacaq. Nazir bunun bir sıra səbəblərlə bağlı olduğunu söyləyib:
“İnkişaf etmiş bir çox ölkələrlə müqayisədə Azərbaycanda akademik il çox qısadır ki, bu da şagirdlərə əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti ildən tədris ilinin uzadılması tədris prosesini keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir” – deyə, nazir qeyd edib.