Əhməd Davudoğlu: “Türkiyənin Ermənistanla bir araya gəlməsi cinayət deyil”
16 dekabr, 2013 13:14
Türkiyənin Ermənistanla bir araya gəlməsi cinayət deyil, lazım olan bir davranışdır.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu parlamentin iclasında bildirib.
XİN rəhbəri xatırladıb ki, 2005-ci ildə Türkiyə Ermənistanla tarixi komissiyanın yaradılmasına dair təklif verdi:
“Keçmişin bu günümüzə və gələcəyimizə mənfi təsirinin qarşısının almağın yolu budur. Özünə güvənənlər doğrunu, haqqı, ədaləti müdafiə edirlər”.