Xəbərlər

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb
15 dekabr, 2013 20:45

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycana səfəri başlayıb.

ERtv APA-ya istinadən xəbər verir ki, vasitəçilərin dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. Danışıqlar yekunlaşdıqdan sonra həmsədrlərin İrəvana səfər edəcəkləri planlaşdırılıb.   

Görüşlərdə həmsədrlər tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirəsini davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında noyabrın 19-da Vyanada baş tutmuş görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

Bundan başqa, dekabrın 4-də Kiyevdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Görüşün yekunlarına dair nazirlər gələn ilin yanvarın sonunda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.    

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.