Tanınmış muğam ifaçısı solo konsert proqramı ilə çıxış edəcək
15 dekabr, 2013 20:42
Dekabrın 28-29-da Heydər Əliyev Sarayında tanınmış muğam ifaçısı, Əməkdar Artist Könül Xasıyevanın solo konserti olacaq.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, konsertdə musiqisevərlər xanəndənin ifasında Azərbaycan muğamlarını və xalq mahnılarını dinləyəcəklər.