Bakıda 9 mərtəbəli binada yanğın olub
15 dekabr, 2013 20:41
Bakıda 9 mərtəbəli binada yanğın baş verib.
ERtv Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda 9 mərtəbəli binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 5 otaqlı mənzilin mətbəxində məişət avadanlıqları və mətbəx mebeli 2 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində dəhlizin və mətbəxin tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı