Hacqabul rayonunun son kəndinə “mavi yanacaq” verilib. Bununla da rayonun 31 yaşayış məntəqəsi yüz faiz qazlaşdırılıb.
RİH-dən ERtv-nin bölgə müxbirinə verilən məlumata görə, 2010-cu ildən başlayaraq Hacqabul rayonunda qaz təsəsrrüfatının yenidən qurulması işlərinə başlanılıb.
Əvvəlcə şəhər mərkəzinin qaz sistemi tamamilə yenidən qurulub, sonra kənd və qəsəbələrdə kompleks tədbirlər həyata keçirilib. Təbii qaz sitemi yeraltı politelen borular vasitəsilə çəkilib və abonetlərin istifadəsinə verilib.
Rayonunun bütün yaşayış sahələrini əhatə edən qaz siteminin çəkilişində 200 kilometrdən çox müxtəlif diametrli borulardan istifadə edilib. 537 ədəd müxtəlif növ siyirtmə və şkaflar quraşdırılıb.
Rayonun son yaşayış sahəsi Padar kəndi olub. İlk dəfə olaraq mavi yanacaq üzü görən kənd sakinlərindən 250 nəfərin mənzilində smart-kart tipli saygac quraşdırılıb.
Bununla da rayonun sonuncu kəndi də daxil olmaqla 31 yaşayış məntəqəsi tam qazlaşdırılıb.