İlham Əliyev Bəhreyn Kralını təbrik edib
14 dekabr, 2013 23:01
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
İlham Əliyev şeyx Həməd bin İsa Al Xəlifəyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Bəhreyn xalqına sülh və rifah arzulayıb.