Yüksəkgərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi az qala Lənkəran sakinin ömrünə son qoyacaqdı.
Elektrik cərəyanıln vurması nəticəsində bir saat ərzində yerdə qalan qadın huşunu itirsədə sağ qalıb.
ERtv-nin bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 15.00 radələrində Ləkəran şəhərini Heydər Əliyev prospektində baş verib. Lənkəran şəhər sakini, 59 yaşlıMəryəm Sadıxova ona məxsus ma-qaranı evə gətirməkdən ötrü örüşə çıxıb.Örüşdə qırılaraq yerə düşən yüksək gərginlikli elektrik xəttinin dalğası onu 15-20 metrdən özünə çəkərək yaxınlıqdakı su arxına tullayıb.Hadisə nəticəsində huşunu itirən 59 şaylı qadın təqribən bir saata kimi suda qalıb. Məryəm Sadıxova ayılandan sonra sürünə-sürünə evə qayıdıb.
Qadının vəziyyəti ağır olduğundan qonşular dərhal Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət ediblər. Stansiyanın həkim briqadası xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra şokdan ayılda bilib.
Lakin xəstənin həyatı üçün təhlükə sovuşmadığından həkimlər onun müalicəsini davam etdirir.