İranın nüvə proqramı ilə bağlı Tehran rəsmiləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) təmsilçiləri və “5+1” qrupu nümayəndələri arasında dekabrın 9-da Vyanada başlamış danışıqlarda ciddi gərginlik yaranıb.
ERtv-nin İranın rəsmi informasiya mənbələrinə istinadən verdiyi məlumata görə, məlum “Cenevrə anlaşması”nın şərtləri əsasında başlamış növbəti danışıqlarda İranın nüvə proqramının tənzimlənməsi ilə bağlı “Yol xəritəsi”nin qrafiki müzakirə olunub.
Bildirilir ki, qarşı tərəf İran üçün məqbul hesab olunmayan şərtlər irəli sürdüyü üçün ölkə rəsmiləri müzakirələri yarımçıq dayandırıb Tehrana qayıdıblar.
Digər bir məlumata görə isə, İran nümayəndə heyəti yaranmış gərgin vəziyyətə dair məsləhətləşmələr aparmaq üçün Tehrana qayıdıb.