Xəbərlər

Prezident İlham Əliyev Bakıda Dədə Qorqud parkının açılışında iştirak edib
13 dekabr, 2013 15:26

Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə “Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında” Fərman imzalamışdı.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılmışdı. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınmışdır.

Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmışdır.

Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir.

Dövlətimizin başçısı əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev və Xalq Rəssamı Görüş Babayev çıxış edərək dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürdü.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı və tədbir iştirakçıları parkda yaradılmış şəraitlə tanış oldular.

Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılmışdır. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilmişdir. Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. Parkda müasir şəlalə yaradılmış, gəzinti üçün körpülər inşa edilmişdir.

Dövlətimizin başçısı parkda yaradılmış şəraitdən razılığını bildirdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.