Xəbərlər

Fəvvarələr meydanında Yeni il yarmarkası keçiriləcək
13 dekabr, 2013 15:06

Bu gün Bakının Fəvvarələr Meydanında Yeni il yarmarkası öz işinə başlayır.

ERtv-nin verdiyi xəbərə görə, Fəvvarələr meydanında quraşdırılan balaca taxta evlərdə əhaliyə və şəhərimizin qonaqlarına geniş çeşiddə Yeni İl hədiyyələri, oyuncaqlar, güllər, suvenir və aksessuarlar təklif olunacaq.

Bakıda ilk dəfə təşkil edilən tədbir xeyriyyə məqsədi daşıyır. Belə ki, yarmarkadan əldə olunacaq vəsait Yeni İl ərəfəsində kimsəsiz və qayğıya ehtiyacı olan uşaqların arzularını gerçəkləşdirməyə kömək edəcək.

Dekabrın 20-dək davam edəcək yarmarkanın qapıları hər gün saat 12:00-dan axşama qədər qonaqlar üçün açıq olacaq. Burada onları gözəl musiqi sədaları, rəngarəng sürprizlər, müxtəlif əyləncələr, hədiyyələr  və əlbəttə ki, Şaxta Baba və Qar Qız gözləyir. Həmçinin, yarmarkada istedadlı internat uşaqları tərəfindən hazırlanan əl işləri - yumşaq oyuncaqlar, şəkillər, tətbiqi incəsənət növünə aid müxtəlif işlər satışa çıxarılacaq.

“Soyuq əllər, isti ürək” adlı tədbirin təşkilatçısı – “Nargis” jurnalı, baş sponsoru “Bank Technique”dir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.