Maliyyə nazirinin müavini Azər Bayramov II Milli Sığortaçılar Forumunda iştirak etməyib.
ERtv-nin 1news.az-a istinadən verdiyi xəbərə əsasən, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev deyib.
Onun sözlərinə əsasən, A.Bayramovun adından guya jurnalistlərlə danışdığının əsasında mətbuatda dərc olunan informasiya həqiqətəuyğun deyil.
“Nazir müavini belə bir bəyanatla çıxış etməyib”, - M.Piriyev deyib.
Bundan əvvəl yerli mətbuatda A.Bayramovun adından Milli Sığorta Agentlərinin forumunda jurnalistlərlə söhbəti zamanı Azərbaycanın qazdan əldə olunacaq böyük gəlirlər perspektivi ilə sağollaşmalı olduğu barədə bəyanat dərc olunub.
Onun adından dərc olunan bəyanatda qeyd olunur ki, yaxın illərdə Azərbaycanın “Şahdəniz” layihəsindən heç bir gəliri olmayacaq.
Məlumatda dərc olunub ki, bu, guya “Şahdəniz” layihəsinə qoyulan böyük həcmli investisiyalarla bağlıdır ki, onun da həcmi 40 milyard dollara bərabərdir.