Böyük Britaniyanın XİN rəhbəri Azərbaycana səfər edəcək
11 dekabr, 2013 16:39
Gələn həftə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Azərbaycana səfər edəcək.
ERtv xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfəri İrfan Siddiq bildirib.
Onun sözlərinə görə, nazir səfər çərçivəsində Azərbaycan Prezidenti, xarici işlər naziri və digər rəsmilərlə görüşəcək, ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparacaq.
Diplomat bildirib ki, səfərin əsas məqsədi gələn həftə TAP (Trans Adriatic Pipeline) qaz kəməri layihəsi ilə bağlı Bakıda hökumətlərarası sazişin imzalanması mərasimində iştirak etməkdir.
Qeyd edək ki, sazişin dekabrın 17-də imzalanması nəzərdə tutulub.