Ceyms Uorlik gələn həftə Azərbaycana səfər edəcək
11 dekabr, 2013 16:38
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik gələn həftə Azərbaycana səfər edəcək.
Bu barədə ERtv-yə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
C.Uorlik Bakıda rəsmi şəxslərlə görüşəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.