Qara görə təxirə salınan “Qalatasaray”-“Yuventus” matçı bu gün baş tutacaq
11 dekabr, 2013 16:36
Futbol üzrə UEFA Çempionlar Liqasının “Qalatasaray” – “Yuventus” matçı oyun zamanı güclü qar yağmasına görə dayandırılıb.
ERtv-nin verdiyi xəbərə görə, görüşün baş hakimi Pedru Proensa oyunu 31-ci dəqiqədə saxlayıb.
30 dəqiqə sonra hakim stadionun futbol üçün yararsız vəziyyətdə olduğu qərarına gəlib.
Matçın bu gün saat 17:00-da davam etdiriləcəyi gözlənilir.