TRT-1 telekanalında nümayiş olunan “Eski Hikaye” serialında azərbaycanlı aktyor çəkilir.
E.İsmayılov ERtv-yə açıqlamasında bildirib ki, filmdə Buğra Gülsoyla tərəf müqabilidir.
O, indiyədək bir sıra Türkiyə istehsalı olan seriallarda çəkildiyini söyləyib:
“Avrupa Avrupa”, “Benim hala umudum var”, “Kaçak”, “Pis yedili”, “Beni böyle sev” adlı seriallarda rol almışam.
Mert adlı bir türkiyəli dostum mənə zəng edib dedi ki, bir serialda azərbaycanlı obrazı üçün aktyor axtarırlar. Mən də razılıq verdim. Hazırda çəkildiyim serial isə bu ilin sentyabrından nümayiş olunur. Onu da deyim ki, seçimlərdə 8 nəfər azərbaycanlı idik. Aramızdan ancaq məni seçdilər.
“Eski hikaye” serialında azərbaycanlı iş adamını oynayıram. Adım Dərmandır, qardaşım Fərmanın qatillərini axtarıram ki, qisasını alım. Onu da deyim ki, əvvəllər model kimi fəaliyyət göstərmişəm”.