Dekabrın 10-da Suriya üsyançıları xarici qüvvələrin köməkliyi ilə Bəşər Əsəd rejiminin devrilməsi uğrunda başladıqları qanlı müharibənin 1000-ci gününü qeyd ediblər.
Lakin bu istiqamətdə məqsədə çatmaq isə mümkünsüz görünür.
ERtv “MIGnews”a istinadən xəbər verir ki, dünən Suriya mətbuatının məlumatına görə, 20 gün davam edən amansız döyüşlərdən sonra Hums-Dəməşq yolu üzərində yerləşən mühüm strateji əhəmiyyətli Nabek şəhəri hökumət qüvvələri tərəfindən ələ keçirilib.
Şose yenidən açıqdır və bu, yolun bağlı olması səbəbindən duru yanacaq qıtlığı yaranan Dəməşqin vəziyyətini xeyli yüngülləşdirib.
Suriyanın “Al-Watan” qəzeti iddia edir ki, Nabekdə gedən döyüşlərin sonuncu günü yüzdən çox silahlı zərərsizləşdirilib və iri silah anbarı ələ keçirilib.